İngilis gözəli: “Türkiyə inanılmaz dərəcədə gözəl ölkədir“

Turizm tanıtım filmləri çəkilişinə qatılmaq üçün Muğlaya gələn 2018-ci il İngiltərə gözəli Alişa Koui (Alisha Cowie)Türkiyənin təbii gözəlliklərindən çox təsirləndi.
Turizm tanıtım filmləri çəkilişinə qatılmaq üçün Muğlaya gələn 2018-ci il İngiltərə gözəli Alişa Koui (Alisha Cowie)Türkiyənin təbii gözəlliklərindən çox təsirləndi.
Koui ingilislərin Türkiyədə üstünlük verdiyi istirahət yerlərindən biri olan Muğlada bölgənin gözəlliklərinin təqdimatı üçün kamera qarşısına keçdi.
Dalyan kanalı, Kaya məzarları, Sultaniyə kurortu, Dəniz Tısbağaları Araşdırma Xilas Etmə və Reabilitasiya Mərkəzində (DEKAMER) görüntülər sərgiləyən Coui Göcək 12 adalarda mavi tur həyata keçirdi, Ölü dənizdə paraşütdən atladı, Kayaköy açıq hava muzeyində də təqdimat çəkilişlərində iştirak etdi.
Alişa Koui gəzdiyi bölgələrdə dadına baxdığı yerli məhsulların də fotoşəkillərini çəkib ictimai media hesabından təqibçiləri ilə paylaşdı. 12 adalara səyahət etdi və bölgənin gözəlliyini fotoşəkillərə həkk etdi.
Koui Türkiyənin İngiltərədəki imicinin çox yaxşı olduğunu, ingilislərin Türkiyəni çox sevdiyini dilə gətirdi.
Türkiyəyə ilk dəfə 10 il əvvəl kiçik yaşlarında gəldiyini bildirən Koui:"Türkiyə inanılmaz dərəcədə gözəl bir ölkədir. İnsanlar çox mehriban və çox qonaqpərvərdirlər. Burada gördüyüm təbii və tarixi gözəlliklər mənə çox təsir etdi. Hamısı bir-birindən gözəldir. Xüsusilə, insanların mənə göstərdiyi maraq və qonaqpərvərlik inanılmaz idi. Türkiyədə çox gözəl təəssüratlarım oldu" dedi.
Çəkilişlər əsnasında ilk dəfə palçıq vannası qəbul etdiyini qeyd edən Koui Sultaniyə kurortundakı istirahətinin, Ölü dənizdə yamac paraşütündən atlanmasının çox təsirli olduğunu ifadə etdi.
Türkiyəni tanıtdığı üçün fəxr etdiyini və buna görə özünü xoşbəxt hiss etdiyini vurğulayan Koui sözünə belə davam etdi: "Gedəcəyim bütün ölkələrdə, bütün tədbirlərdə, bütün platformalarda Türk xalqının nə qədər qonaqpərvər olduğundan, Türkiyənin nə qədər inanılmaz gözəl bir ölkə olduğundan bəhs edəcəyəm. May ayında olmağımıza baxmayaraq, inanılmaz gözəl bir hava var. Türkiyədə mavi səfərə çıxmaq çox fərqli bir duyğudur. Bura çox istidir və heç bir soyuq yoxdur. Halbuki gəldiyim İngiltərə çox soyuq və hər zaman yağışlı bir ölkədir. Xüsusilə, ingilislərin buraya hər zaman gələ biləcəklərini düşünürəm və hətta mütləq gəlmələrini, bu gözəllikləri kəşf etmələrini tövsiyə edirəm. Türkiyənin çox təhlükəsiz bir ölkə olduğunu vurğulamaq istəyirəm . Türk xalqının xüsusilə, turistlərə çox yaxın maraq göstərdiyini ifadə etmək istəyirəm. Heç bir yerdə narahat edilmədim. Hər getdiyim yerdə həqiqətən böyük bir maraqla qarşılandım. "

Xəbər 153 dəfə oxundu.