Hakim partiya seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır
“Artıq hakim Yeni Azərbaycan Partiyası öz namizədi, cənab İlham Əliyevin seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün hazırlığa başlayıb”. Bu barədə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
Ə.Əhmədov deyib ki, bununla bağlı bəzi sənədlər hazırlanır: "Güman edirəm ki, yaxın gündə YAP öz namizədinin seçki sənədlərini MSK-ya təqdim edəcək". Qeyd edək ki, YAP iyunun 7-də keçirdiyi V qurultayında prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Xəbər 483 dəfə oxundu.