Yaponiyada Regenerativ Təbabət Mərkəzi işə başlayıb

Yaponiyanın mərkəzi hissəsində yerləşən Aiçi prefekturasındakı Fuzita Tibb Universitetinin nəzdində Regenerativ Təbabət Mərkəzi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən mərkəzin nümayəndəsi onun fəaliyyətinin hələlik müalicəsi mümkün olmayan xəstəliklərə yönəldiləcəyini deyib.
Bildirilir ki, mərkəz əsasən hüceyrələrin toplanması və emalından başlamış onların yenidən xəsətənin orqanizminə qaytarılmasınadək mövcud prosesləri özündə birləşdirən hüceyrə və gen terapiyası üzrə ixtisaslaşacaq
Burada, həmçinin ciddi ürək xəsətəlikləri və ciyərin serrozu ilə bağlı klinik tədqiqatlar da aprılacaq. Eyni zamanda, mərkəzdə xərçəngin müalicəsi zamanı gen terapiyasından istifadə də planlaşdırılır.

Xəbər 116 dəfə oxundu.