Xirosima hadisəsindən 68 il keçib
1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə ABŞ Hərbi Aviasiyasına məxsus təyyarədən atom bombası atılıb. O dövr üçün Yaponiyanın ən inkişaf etmiş şəhərlərindən sayılan və ən güclü hərbi bazaların yerləşdiyi Xirosimanın yarısı atom bombasının zərbəsindən tamamilə məhv olub. Nəticədə 70 min nəfər ölmüş, 140 min nəfər yaralanıb, 100 mindən artıq insan radiasiya şüalanmasına məruz qalıb. Radiasiyanın sonrakı illərdə də üzə çıxan təsirləri nəticəsində yüz minlərlə insan dünyasını dəyişib.
Xirosima faciəsindən 3 gün sonra-avqustun 9-da ABŞ aviasiyası Yaponiyanın digər şəhəri Naqasakiyə “Fat Man” adlı atom bombası atıb. Partlayış nəticəsində Naqasaki şəhərinin 74 min sakini həlak olub. Şəhər bələdiyyəsinin açıqladığı rəsmi məlumata görə, faciənin baş verdiyi 9 avqust 1945-ci il tarixi və sonradan radiasiyanın təsirindən ölənlərin sayı 143 milyon 124 min nəfərdir.
Qeyd edək ki, hazırda Xirosima və Naqasakiyə atılan atom bombalarından dəfələrlə güclü dağıdıcı gücə malik nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, Şimali Koreya, İsrail və s. ölkələrin arsenalına daxildir. Hökumət başında səbatsız insanların olduğu Ermənistanda isə texniki nəzarəti çox zəif, hər an dağılma ehtimalı olan atom elektrik stansiyası mövcuddur.
Elnarə

Xəbər 568 dəfə oxundu.