“Bu hesabla qalib gələcəyimizi gözləmirdik“


Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin seçmə mərhələsində bu gün Bakıda yığmamızı məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarınıı savablandırıb.

Qoll.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi 5:1 hesabı ilə qalib gələcəklərini gözləmədiyini bildirib:
- Görüşlə bağlı nə deyəcəksən?
- Bizim üçün qrupda çox vacib qələbə idi. Düz 5 qol vurduq. Yaxşı da futbol oynadıq. Çox yaxşı nəticə oldu.
- Bu hesabla qalib gələcəyinizi təxmin edirdiniz?
- Bəlkə də yox. Düzünü desəm, bu cür hesabı təxmin etməmişdik. Amma yaxşı oyunla, gözəl də qollar vurduq. Bu cür hesabla qalib gəldiyimizə görə çox sevindik.
- Bəzi futbolçularınız bildirib ki, daha çox qol vura bilərdik. Razısan?
- Əslində bunun heç bir önəmi yoxdur. Əsas odur ki, qalib gəlib üç xalı qazandıq. Bizim üçün 1:0 və 5:1 hesabın heç bir fərqi yoxdur. Vacib olan qələbə idi ki, onu da yaxşı futbolla qazandıq.

Xəbər 163 dəfə oxundu.