Hindistanda anomal istilər 29 nəfərin ölümünə səbəb olub
Hindistanın Bihar ştatında bir aydır anomal istilər davam edir.
Trend-in "Times of India" qəzetinə istinadən verdiyi məlumata görə, anomal istilər nəticəsində ştatda azı 29 nəfər həlak olub.
Bildirilir ki, 25 nəfər ştatın Auranqabad dairəsində, 4 nəfər isə Navada və Qaya dairələrində həlak olub.
Bundan əlavə anomal istilər nəticəsində 30-dan artıq insan xəstəxanaya yerləşdirilib.

Xəbər 184 dəfə oxundu.