İraqda partlayış nəticəsində 16 nəfər ölüb
İraqın Balad şəhərində terrorçu-kamikadzenin hücumu nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb.
“İnterfaks”ın məlumatına görə, yerli hakimiyyət orqanları bəyan edib ki, terrorçu şəhər kafelərinin birində bombanı işə salıb. Qeyd edək ki, Balad şəhəri Bağdaddan 80 km şimalda yerləşir.

Xəbər 421 dəfə oxundu.