“Amerika Misirə köməyini dayandırsın”
“USA Today” üçün məqalədə Council on Foreign Relations-un (ABŞ) böyük elmi işçisi İzobel Kolmen bildirir ki, Qahirədə baş verən hadisələr son ümidləri də kəsdi. Son ümid ona idi ki, misir hərbçiləri söz verdikləri kimi, demokratikləşməni yeniləmək niyyətindədirlər. Onun nöqteyi-nəzərincə, Mübarək dövrünün ən qara günlərinə doğru "saatın əqrəbləri geri çəkilib". Misirdə hərbçiləri Mübarəkin tərəfdarlarından koptlara və liberallara qədər, həm də Fars körfəzinin zəngin monarxiyaları dəstəkləyirlər. İndi Misir iflas həddində dayanır, bu ölkələr yeni rəhbərliyə 12 milyard dollardan çox yardım göstərib. Müəllif yazır ki, bu baxımdan ABŞ-ın imkanları zəifdir: “İldə cəmi 1.5 mlrd. dollar, bunun da 1.3 milyardı orduya gedir”. Onun fikrincə, misir hərbçiləri indi heç Vaşinqtona qulaq asmırlar. Kolmenin baxışlarına görə demokratikləşmə - istənilən halda misir böhranından yeganə çıxış yoludur, hərbi güc hərəkətləri isə istər-istəməz qeyri-sabitliyə təkan olacaq. Müəllif eyni zamanda bildirib ki, Obama administrasiyası çoxdan lazım olan addımı atmalıdır, Misir hökuməti siyasi prosesi bərpa edəcəyini nümayiş etdirmədən Amerika yardımını dayandırmalıdır".

Elnarə

Xəbər 422 dəfə oxundu.