Donuzlar uşaqlara hücum etdilər
Rusiyada donuzlar iki azyaşlıya hücum edib.
Trend-in məlumatına görə, hadisə Altay vilayətinin Yelsovski rayonunda qeydə alınıb.
Məlumata görə, donuzların hücumuna məruz qalan iki bacıdan böyüyü, 7 yaşlı qız qaçıb canını qurtara bilsə də, digər bacı, 4 yaşlı qızı isə donuzlar dişləyib.
Azyaşlı xəstəxanaya yerləşdirilib. Vəziyyəti normal qiymətləndirilir.

Xəbər 134 dəfə oxundu.