Moldovada təyyarə radardan itib

Moldova polisi ötən gecə radardan itən yüngül motorlu təyyarənin axtarışlarını davam etdirir.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, təyyarənin axtarışlarına yüzdən çox polis və xilasedici cəlb edilib.
Hüquq-mühafizə orqanları təyyarənin qəzaya uğradığını istisna etmirlər. Təyyarədə neçə nəfərin olduğu dəqiq bilinmir.

Xəbər 140 dəfə oxundu.