Gənclərin yay düşərgələri davam edir
Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq Qax rayonunda gənclər üçün təşkil edilən “Azərbaycan doğma diyarımdır” mövzusunda vətənpərvərlik yay istirahət düşərgəsi uğurla fəaliyyət göstərir.
İlisu kəndindəki “Ulu” istirahət mərkəzində təşkil olunan yay düşərgəsində indiyədək üç qrup üzrə 200 nəfərədək yeniyetmə və gənc istirahətini başa vuraraq geri dönüb. Hazırda düşərgədə 70 nəfərlik dördüncü qrup istirahət edir.
Düşərgədə gənclərin istirahətlərinin mənalı və səmərəli keçməsi üçün hər cür şərait yaradılıb. Gündəlik iş qrafikinə uyğun olaraq iştirakçılar üçün vətənpərvərlik mövzusunda müsabiqələr, bilik yarışları, debatlar, idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir. Bundan əlavə, diyarşünaslığın inkişafı məqsədilə rayonun tarixi abidələrinə, görməli yerlərinə ekskursiyalar təşkil olunur. Düşərgə iştirakçıları onlar üçün yaradılmış şəraitdən razıdırlar və belə tədbirlərin davamlı olmasını arzulayırlar.
Təhminə

Xəbər 436 dəfə oxundu.