Milli Hәmrәylik Hökumәti açıqlama verdi

Liviyadakı Milli Hәmrәylik Hökumәti Xәlifә Hafterә sadiq qüvvәlәrdәn 12 nәfәrin cәnazәsini tәhvil aldığını açıqlayıb.
Milli Hәmrәylik Hökumәtinin hәyata keçirdiyi ‘‘Burkan әl-Qadab’’ әmәliyyatının rәsmi ‘‘Facebook’’ sәhifәsindәn verilәn açıqlamada Milli Hәmrәylik Hökumәtinin Xәlifә Hafterә sadiq qüvvәlәrdәn 12 nәfәrin cәnazәsini tәhvil aldığı bildirilib.
Qeyd edәk ki, Birləşmiş Millətlər Tәşkilatının Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salame Liviyadakı tərəflərə Qurban bayramından əvvəl atəşkəsin tәmin olunması ilә әlaqәdar çağırış etmişdi.
Salame hәmçinin Liviya mәsәlәsindә beynəlxalq konfransın keçirilmәsinin әhәmiyyәtini dә vurğulamışdı.
Xatırladaq ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək üçün aprelin 4-də hücum üçün göstəriş vermişdi. Bunun qarşısında beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumətinə tabe qüvvələr də qarşı əməliyyat başlatmışdı.

Xəbər 145 dəfə oxundu.