Diyeqo Maradona Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi oldu

Diyeqo Maradona Argentinanın “Ximnasiya və Esqrima” (La-Plata) futbol klubunun baş məşqçisi oldu. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 58 yaşlı Maradonanın əvvəlki iş yeri Meksikanın “Dorados” klubu olub.

Xəbər 141 dəfə oxundu.