Almaniyada sinaqoqa hücum edilib, ölənlər var | |
![]() Almaniyanın Saksoniya-Anhalt federal torpağının Qalle şəhərində silahlı şəxsin sinaqoqa hücumu nəticəsində iki nəfər ölüb. Bu barədə yerli polis “Twitter” səhifəsində məlumat yayıb. Bildirilib ki, bir neçə dəfə atəş açılıb: “Cinayətkarlar gizlənib”. Hüquq-mühafizə orqanları cinayəti törədənin tapılması istiqamətində axtarış-əməliyyat tədbiri keçirir. Sinaqoqa hücum etməkdə şübhəli bilinən şəxsin tutulduğu bildirilib. |
|
Xəbər 353 dəfə oxundu. |
|
|