Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
Polisdə struktur dəyişiklikləri məsələsinin həll edilməsi üçün tələb olunan 50 milyon dollara görə Ermənistanın Avropa Birliyinə etdiyi müraciət hələ də cavabsız qalıb

«Ermənistan 2019-cu il üçün planlaşdırılan büdcəni tam icra edə bilməyəcək». «Sputnik Ermənistan» xəbər verir ki, bunu erməni baş nazir Nikol Paşinyan gələn ilin büdcəsinin parlamentdə keçirilən müzakirəsi zamanı deyib.
Ermənistan rəhbərliyinin büdcə vəsaitlərindən səmərəli istifadə etdiyini əsas gətirən Nikol ölkədə korrupsiya və digər sui-istifadə hallarına qarşı mübarizəni əsas vəzifə kimi göstərib: «Biz institusional qərarlar qəbul etməliyik ki, pullar yalnız büdcədən xərclənməsin, həm də vətəndaşlarımızın real həyatına, iqtisadi genişlənməyə, ölkədəki ümumi vəziyyətə təsir etsin".
Maraqlıdır, ölkədəki vəziyyəti şərh edən baş nazir, dövlətin «n» qədər pulu olduğunu, lakin bu pulları səmərəli xərclənmək üçün vasitə olmadığını bildirib.
Daha maraqlısı isə cəmi bir həftə bundan əvvəl ölkənin polis sistemində islahatlar keçirmək niyyətinə düşən Nikolun pulsuzluqdan şikayətlənməsidir. Elə həmin ərəfədə bu barədə məlumat yayan ermənilərin «Joxovurd» nəşri Paşinyanın komandasına polisdə struktur dəyişiklikləri məsələsini ən qısa müddətdə həll edilməsi ilə bağlı göstəriş verdiyini yazmışdı. Nəşr struktur dəyişiklikləri üçün tələb olunan 50 milyon dolların əldə edilməsi üçün Ermənistanın Avropa Birliyinə etdiyi müraciətin hələ də cavabsız qaldığını bildirmişdi.
İndi dövlətin olmayan pulundan danışan Paşinyandan soruşan gərək: «kimi aldadırsan, ay zalım oğlu?»
Ağasəf Babayev

Xəbər 477 dəfə oxundu.