“Nə qədər mənim kimi evsiz jurnalist bu siyasət nəticəsində mənzillə təmin olundu“
KİVDF-yə qarşı hücumlar qərəzlidir

Yenə başlayıblar mətbuatla bağlı kampaniyaya. Müntəzəm şəkildə bu kampaniya aparılır, Dövlətin KİVDF-nin mətbuatın inkişafı istiqamətində ortaya qoydugu siyasət, fəaliyyəti neçə görməmək olar? Bu açıq qərəzdir. Çap mediasının "axsaması", saytlara, sosial mediaya uduzması bütün dünayada yaşanan prosesdir. Sosial media fenomeninin qarsısında dayanmaq mümkünsüzdür. Amma bu çətinliklərər rəğmən dünyada cap mediası yaşayır. Azərbaycanda da söz azadlığının, mətbuatın inkişafı Prezidentin həyata keçirdiyi siyasətin prioritetlərindən birini təşkil edir. Prezident ortaya mövqe qoyub, ardıcıl addımıar atılır, çap mediasının ayaqda qalması üçün yardımıar edilir, birdəfəlik yardımıar ayrılır. Jurnalistlərin mənzil probleminin həlli Prezident tərəfindən atılan mühüm sosial addımdır. Nə qədər mənim kimi evsiz jurnalist bu siyasət nəticəsində mənzillə təmin olundu. Nəyi pisdir ki? DÖVLƏT hər addımda medianın inkişafında maraqlı olduğunu ortaya qoyur. Dogrudur sosial media ilə ayaqlaşmaq qəzetlər üçün çətindir. Amma qəzet demək, tarix demək, dövrün tarixinin, proseslərinin yazılı salnaməsi demək. Ona görə də qəzətlər yaşamalıdır. Medianın inkişafında, çap mediasının ayaqda qalmasında KİVDF-nin fəaliyyətini, xidmətini danmaq ən azı ədalətsizlikdir. Qəzetlər məhz KİVDF-nin sayəsində, oraya Prezident tərəfindən ayrılan vəsaitlərin bölüşdürülməsi nəticəsində yaşayırlar. Bu da dövlərin mövqeyidir. Bir çox qəzet məhz KİVDF yaranandan sonra, Fondun fəaliyyəti nəticəsində mühasibatlıq-jurnalistlərin əmək müqaviləsini nizama salıb. Ona görə də KİVDF-yə qarşı hücumlar qərəzlidir. Ədalətli olun!

Xəbər 362 dəfə oxundu.