Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
«ABŞ rəhbərliyi Türkiyəyə qarşı sanksiya tətbiq edilməsinə və “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamələrə qarşıdır».
Təbii ki, bu gözlənilən idi. Bununla bağlı ermənilərin «Tert.am» saytı məlumat yayıb. Saytın yazdığına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası NATO çərçivəsində əsas müttəfiqi ilə münasibətləri daha da gərginləşdirə biləcəyini nəzərə alaraq, Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinə və ötən həftə Nümayəndələr Palatası tərəfindən qəbul edilən «erməni soyqırımı»nın tanınmasına dair qətnaməyə qarşıdır. Belə görünür ki, ermənilərin dünyaya sırımağa çalışdıqları mənfur yalanları yenə də ABŞ-da öz «təsdiqini» tapa bilməyəcək. Qeyd edilməlidir ki, bəzi ermənimeyilli senatorlardan fərqli olaraq, bir çox praqmatik düşüncəli amerikalılar saxta «soyqırım»a qarşıdırlar. Təbii ki, bu mövqe ABŞ administrasiyasının mövqeyində də əksini tapır. Ağ Ev administrasiyası hesab edir ki, Türkiyənin Suriyadakı hərbi kampaniyasına cavab olaraq sanksiyaların tətbiq edilməsi ABŞ-ın “əllərini bağlayacaq”. Bununla yanaşı, Türkiyə tərəfi də illərdir ki, bu cür qətnamələrin iki ölkə arasındakı münasibətlərin pozulmasına səbəb ola biləcəyini bəyan edir.

Ağasəf Babayev







Xəbər 276 dəfə oxundu.