Siqaret çəkməyin yeni təhlükəsi açıqlandı
Britaniyalı genetiklər siqaret çəkməyin şizofreniya və depressiyaya gətirib çıxardığını aşkar ediblər.
Milli.Az xəbər verir ki, onların bu araşdırması "Psychological Medicine" nəşrində yerləşdirilib.
Elmi eksperimentin keçirilməsi üçün onlar Birləşmiş Krallıqda yaşayan yarım milyondan çox insanın DNT analizinin nəticələri ilə tanış olublar. Məlum olub ki, şizofreniya və depressiyadan əziyyət çəkənlər digərlərinə nisbətən siqaretdən daha çox istifadə ediblər.
Alimlər hesab edir ki, nikotin şizofreniya və depressiyanın inkişafında iştirak edən beyin neyromediatorlarına (serotonin və dofamin) neqativ təsir göstərir.

Xəbər 97 dəfə oxundu.