Adana kababı necə hazırlanır?

“Türkiyə mətbəxi” silsiləsindən bu gün sizə adını Türkiyənin cənub bölgəsində yerləşən və ölkənin altıncı böyük rayonu olan Adanadan almış kababı təqdim edirik. Kabablar Orta Şərq coğrafiyasının vazkeçilməz yeməklərindəndir. Ərəbcədə "bişmiş, qızarmış" mənasını verən kabab, lüğəti mənasından başqa, qaz üzərində, atəşdə və ya qab içində susuz olaraq bişirilmiş ət yeməklərinə verilən ümumi addır.
Türkiyə mətbəxində kabablar özünəxas şəkildə təqdim edilir. Belə ki, Türkiyədə az qala hər rayona aid bir kabab var, amma ən məşhurları ölkənin cənub və cənub-şərqində olanlardır.
“Türkiyə mətbəxi” silsiləsindən bu gün sizə adını Türkiyənin cənub bölgəsində yerləşən və ölkənin altıncı böyük rayonu olan Adanadan almış kababı təqdim edirik.
Məşhur Adana kababını evdə özünüz hazırlayıb yemək istəyirsinizsə, deyək bizə hansı ləvazimat lazımdır?

350 qram çəkilmiş dana əti,
300 qram çəkilmiş qoyun əti,
1 diş sarımsaq,
2 ədəd quru soğan,
1 çay qaşığı qırmızı bibər,
1 çay qaşığı qara bibər,
1 yemək qaşığı acı bibər sousu,
yarım dəstə cəfəri,
azca quyruq və ya kərə yağı.

Sıra gəldi Adana kababını hazırlamağa.
Soğanları xırda-xırda doğrayın, suyunu süzüb dərin bir qaba tökün. Sarımsaqları əzin, cəfərini isə incə-incə doğrayın. Çəkilmiş dana və qoyun ətləri, soğan, sarımsaq, qırmızı və qara bibərlər, duz, acı bibər sousu və cəfərini üst-üstə töküb yaxşıca qarışdırın. Sonra qarışığı soyuducuya qoyub 2-3 saata qədər saxlayın.
Qəssabdan ala biləcəyiniz quyruq və ya kərə yağı ilə sobanı yağlayın. Sobanı 200 dərəcə isitdikdən sonra ətli qarışığından alıb ovcunuzla şişlərə və ya çöplərə keçirin. Sonra şişləri qızartma telinin üzərinə qoyun, təxminən 20-25 dəqiqə bişsin. Qızarıb-bişdiyinə əmin olduqdan sonra süfrəyə verə və yeyə bilərsiniz. Nuş olsun!

Xəbər 120 dəfə oxundu.