APOEL-in futbolçusu “Qarabağ“ üzərində qələbədən danışdı

APOEL-in futbolçusu Giorgos Efrem Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, o, qələbəni belə şərh edib:
"Lüksemburqa qələbə və mərhələ keçmək üçün gedəcəyik. Hamımız əvvəldən mərhələ keçəcəyimizə inanırdıq. Bu , bizə liqada kömək edəcəyinə inandığımız qələbədir. Qisas almaq üçün "Düdelanj"a qalib gəlməliyik. Qola gəlincə, kimin vurmasının əhəmiyyəti yoxdur. Mən də bunu qeyd etdim. Bu, komandanın vurduğu qoldur. Xoşbəxtik və yolumuza davam edirik".

Xəbər 94 dəfə oxundu.