Braziliyada məktəbə edilən hücumda iki yeniyetmə yaralanıb
Braziliyanın Karay şəhərində ölkənin cənub-şərqindəki Minas ayələtində məktəbə silahlı hücum olub.
Trend-in məlumatına görə, böyük siniflərin şagirdlərindən biri cinayətkar olduğu ortaya çıxıb.
Bildirilirki, ov tüfəngi və soyuq silahla olan təcavüzkar dərs gününün əvvəlində təhsil müəssisəsinin hasarının üstündən keçərək məktəbə hücüm törədib. Hadisə nəticəsində 15 və 16 yaşlı iki yeniyetmə güllə və bıçaq yaraları alıb və qonşu kənddəki tibb müəssisələrinə aparılıblar. Onlardan birinin vəziyyəti ağırdır.
Təcavüzkar tutulub, cinayətin səbəbləri dəqiqləşdirilir.

Xəbər 82 dəfə oxundu.