Rusiyada aeroportda sərnişinlər təxliyə olundu
Rusiyanın Çita hava limanında sərnişinlər təxliyə olunub.
Trend-in məlumatına görə, insidentə səbəb anonim zəng olub.
Zəng edən şəxs təyyarələrdən birinin göyərtəsində sahibsiz əşyanın olduğunu deyib. Zəngdən sonra İrkutsk reysində axtarışlar aparılıb.
Axtarışlar nəticəsində təhdidin əsassız olduğu müəyyən edilib. Hazırda anonim zəngin mənbəyi araşdırılır.
Sərnişinlərin yaxın müddətdə yola salınacağı deyilir.

Xəbər 74 dəfə oxundu.