Bakı kəndlərinə avtobuslar sabahdan Atletlər kəndinin qarşısından hərəkət edəcək
Noyabrın 9-da səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq. Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.

Xəbər 112 dəfə oxundu.