Afrika qitəsində 52 milyon insan aclıqla üzləşib
Afrika qitəsində 18 ölkədə 52 milyon insan iqlim dəyişikliyi, yoxsulluq və silahlı qarşıdurmalar səbəbiylə aclıq böhranı ilə üzləşib. Beynəlxalq yardım agentliyi Oxfamın açıqladığı hesabatda Afrika qitəsinin cənub, şərq və mərkəzi hissələrində quraqlıq və ekstremal yağışlar nəticəsində yaranan daşqınlar səbəbiylə milyonlarla insanın köməyə ehtiyacı olduğu bildirilib.
1981-ci ildən bu yana ən az yağış yağan ölkənin Zimbabve olduğu, şərqdə Keniya, Efiopiya və Somalinin də quraqlıqdan təsirləndiyi ifadə edilən hesabatda Cənubi Sudanda sel fəlakətindən təxminən 900 min insanın təsirləndiyinə diqqət çəkilib və son 10 il ərzində 18 Afrika ölkəsinin təbii fəlakətlər səbəbiylə 700 milyon dollar itirdiyi vurğulanıb.

Xəbər 63 dəfə oxundu.