Türkiyə ilə Rusiya Suriyanın şimalında üçüncü patrulu tamamladı
Rusiya və Türkiyə Suriyanın şimal-şərqində bu gün başlatdığı üçüncü müştərək quru patrulu sona çatdı. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya Türkiyə hərbçilərinin birgə patrulunda PUA, hərbi vertolyot və PDM zirehli texnikaları ərazidə müşahidə üçün istifadə edilib.
Qeyd edək ki, üçüncü quru patrulu ilə Türkiyə Silahlı Qüvvələri ilk dəfə Kamışlının şərqinə keçdi. Patrul tamamlandıqdan sonra Türkiyənin hərbi karvanı sərhəd xəttinə qayıtdı.

Xəbər 58 dəfə oxundu.