BƏT: “Dünyada bu il işsizlərin sayına 2,5 milyon nəfər əlavə olunacaq”
Beynəlxalq Əmək Təşkilatı (BƏT) Məşğulluq -2020 hesabatını yayımlayıb. “Dw.com” saytının yaydığı məlumata görə, BƏT dünyada milyonlarla işsizin olduğuna işarə edərək, 2020-ci ildə bu rəqəmə 2,5 milyonun da əlavə olunacağını açıqlayıb. BƏT, 15 yaşdan yuxarı 5 milyard 700 min insanın dünyada əmək qabiliyyətli sayıldığını və onlardan 188 milyonunun işsiz olduğunu qeyd edib.
Təxminən 165 milyon nəfərin kifayət qədər iş yeri olmadığını və yalnız həftədə məhdud saatlarda işləyə biləcəyinə diqqət çəkən təşkilat, bu insanların ləyaqətli bir həyat sürməsi üçün kifayət qədər qazana bilmədiklərini bildirib. Təşkilat, həmçinin 120 milyon qadın və kişinin əlillik və ayrı seçkiliyə görə əmək bazarına çıxışı olmadığını qeyd edib.

Zəif qlobal artım işsizliyə səbəb olur

Təşkilatın Cenevrədəki qərargahında yayılan məlumatlardan danışan BƏT-in baş direktoru Guy Ryder, işsizlikdən təsirlənmiş insanların vəziyyətinin ölkələrdə sosial birlik baxımından nəticələrin narahatlıq yaradacağını söyləyib. Zəif qlobal inkişafın işsiz sayını artırdığına diqqət çəkən Ryder, yeni açılan iş yerlərinin artan işsizlərin sayı qarşısında yetərli olmayacağını proqnozlaşdırdığını söyləyib.
BƏT-in işsizliklə bağlı hesabatında, xüsusən 15-24 yaş arasındakı gənclərin vəziyyəti vurğulanır. Hesabatda bu yaş qrupundakı 267 milyon insanın işi, təhsili və ya bir məktəb diplomu olmadığı bildirilib. BƏT-in hesabatında bu "qorxulu" kimi təsvir edilib.
Qlobal vəziyyətin regional olaraq təhlil edildiyi hesabatda ümumi işsizlik meylinə baxmayaraq, Şimali, Cənubi və Qərb Avropadakı işsizlərin sayının 2020-ci ildə 15 milyon 600 mindən 15 milyon 300 minə enəcəyi gözlənilir. Bununla birlikdə, iqtisadi siyasətdə tətbiq olunan ticarət maneələrinin və yerli istehsalın qorunmasının nəticələrinin ola biləcəyi ilə bağlı xəbərdarlıq edən BƏT, bu bölgələrdə işsizlərin sayının gələn il yenidən arta biləcəyini bildirir. BƏT ABŞ, Almaniya və İngiltərə kimi ölkələrdə sosial ədalətsizliyin artdığını qeyd edib.

Nigar

Xəbər 1445 dəfə oxundu.