Prezident Şövkət Mirziyoyev Türkiyəyə səfərə gəlir
Özbəkistan prezidenti Şövkət Mirziyoyev bu gün Türkiyədə səfərdə olacaq. Bu barədə Özbəkistan Prezident Aparatından məlumat yayılıb: “Özbəkistan prezidenti Şövkət Mirziyoyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvətinə görə 19-20 fevralda Türkiyədə rəsmi səfərdə olacaq.
Səfər çərçivəsində yüksək seviyyəli görüşlər keçiriləcək. Həmçinin Ərdoğan və Mirziyoyevin başçılıq edəcəkləri Strateji Əməkdaşlıq Şurasının ilk iclası təşkil ediləcək.
Liderlər siyasət, iqtisadiyyat, ticarət, investisiya, maliyyə, nəqliyyat, rabitə, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın inkişafı mövzusunu qiymətləndirəcəklər. Gündəmdə olan regional və beynəlxalq məsələləri müzakiri edəcəklər. Türkiyənin nüfuzlu şirkətlərinin nümayəndələrini qəbul edəcək olan Mirziyoyev, Prezident nəzdində milli kitabxananın açılış mərasiminə qatılacaq.

Xəbər 264 dəfə oxundu.