Neymar ən güclü 5 futbolçu sırasına Ronaldunu daxil etməyib
PSJ-nin braziliyalı futbolçusu Neymar hazırda dünyanın ən güclü 5 oyunçusunun adını çəkib.
Nə qədər qəribə olsa da, onun siyahısında Kriştianu Ronaldu yoxdur. Neymarın “Top 5-lik”inə “Barselona”dan Lionel Messi və Luis Suares, PSJ-dən komanda yoldaşı Kilian Mbappe, “Mançester Yunayted”dən Pol Poqba və “Real”dan Eden Azard daxildir. Braziliyalı futbolçunun bu mövsüm Fransa çempionatında keçirdiyi 14 oyunda 13 qol vurduğunu və 6 məhsuldar ötürmə etdiyini xatırladaq.

Xəbər 184 dəfə oxundu.