“Türkiyənin qaçqın və sığınacaq axtaranlarla əlaqədar siyasətində dəyişiklik yoxdur“
Türkiyənin qaçqın və sığınacaq axtaranlarla əlaqədar siyasətində dəyişiklik olmadığı bildirilib. Türkiyənin qaçqın və sığınacaq axtaranlarla əlaqədar siyasətində dəyişiklik olmadığı bildirilib.
Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoyun qaçqınların Avropa keçə bilməsi üçün Türkiyənin sərhəd-keçid məntələrini açması ilə bağlı açıqlama verib.
Suriyanın İdlib bölgəsində yaşanan və yüz minlərlə insanın ev-eşiklərindən didərgin edilməsinə səbəb olan son hadisələrin Türkiyə üzərindəki mövcud köç təzyiqini daha da artırdığını xatırladan Aksoy "Bu əhvalatlar xalqımız və dünya ictimaiyyəti tərəfindən izlənilir. Baş verənlərdən ölkəmizdəki sığınacaq axtaranlar və mühacirlər dərindən təsirləndi. Əslində ölkəmizdəki sığınacaq axtaranlardan bəziləri və qaçqınlar Qərb sərhədlərimiz istiqamətində irəliləməyə başladılar. Vəziyyət pisləşəcəyi halda bu risk artmaqda davam edəcək” deyib.
Hami Aksoy Türkiyənin ən çox qaçqına ev sahibliyi edən ölkə olduğunu vurğulayaraq, "Qaçqın və sığınacaq axtaranlar üçün siyasətimizdə heç bir dəyişiklik yoxdur" ifadəsini işlədib.
Suriya rejiminin şiddətli hücumlarından qaçan İdlib xalqının Türkiyə sərhədində meydana gətirdiyi köç dalğasının, quru və dəniz yolu ilə Avropaya keçməsinə mane olunmayacağı, sahil təhlükəsizlik və sərhəd təhlükəsizliyi qruplarına lazımlı təlimatların verildiyi bildirilmişdi.

Xəbər 191 dəfə oxundu.