“Azərkosmos” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat vəsait ayırıb

“Azərkosmos” ASC Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla (COVID-19) Mübarizəyə Dəstək Fonduna yardım təşəbbüsünə qoşulub.

ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərkosmos” şirkətin Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait ayırıb.
“Bununla da, “Azərkosmos” olaraq COVİD-19 pandemiyası ilə bağlı ölkəmizdə aparılan preventiv tədbirləri tam dəstəkləyir və bu nəcib aksiyanın bir parçası olmaqdan qürur duyuruq”, - deyə “Azərkosmos”dan bildirilib.

Xəbər 187 dəfə oxundu.