Rusiyada növbəti həftə qeyri-iş həftəsi elan olunub

Rusiya Prezidenti Vladimir Putin ölkədə növbəti həftəni qeyri-iş həftəsi elan edib.

AZƏRTAC xəbər verir ki, ölkə başçısı televiziya vasitəsi ilə xalqa müraciətində koronavirusun yayılması ilə mübarizə çərçivəsində martın 28-dən aprelin 5-dək olan həftəni Rusiyada əmək haqqı saxlanmaqla qeyri-iş həftəsi elan edib. O bildirib ki, hazırda ən vacib məsələ xəstəliyin sürətlə yayılmasının qarşısını almaqdır.

Xəbər 140 dəfə oxundu.