Türkiyədə koronavirusa yoluxan iki ağır xəstə sağalıb


Yeni növ koronavirusa (COVID-19) yoluxub Türkiyədə müalicə olunan ağır xəstələrdən ikisi sağalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Sağalan xəstələrin yaşlarının 60-dan yuxarı olduğunu ifadə edən nazir bildirib ki, ağır vəziyyətdə olan daha 26 şəxsin vəziyyətində yaxşılaşma var. Bundan başqa, virusa yoluxanlardan 136 xəstənin vəziyyəti ağırdır.
Nazir tövsiyə edib ki, sağlığa qovuşan hər iki xəstənin bir müddət evlərində özlərini təcrid etmələri daha münasib olardı. Ümumiyyətlə, koronavirusa qarşı mübarizənin əsasında yoluxma riskini azaltmaq dayanır.

Xəbər 144 dəfə oxundu.