Son bir həftədə Ukraynada 201 mindən çox insan qripə yoluxub

Ukraynada son bir həftədə 2 nəfər qrip və kəskin respirator virus infeksiyasından ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təkcə ötən həftə 201 mindən artıq insan qripə yoluxub, onlardan 53,2 faizi uşaqlardır.
Yeni epidemioloji mövsümdə Ukraynada 68 nəfər qripdən həyatını itirib. Ölənlərin heç biri qripə qarşı vaksin olunmayıb.

Xəbər 129 dəfə oxundu.