Türkiyədə koronavirusdan ölənlərin sayı artdı
Türkiyədə yeni növ koronavirusan (COVİD-19) daha 15 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.
Onun sözlərinə görə, son 24 saat ərzində 5035 testin cavabı çıxıb, onlardan 561-i müsbət olub.
Nazir qeyd edib ki, ötən sutka ərzində 15 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 59 nəfərə çatıb.
F.Koca bildirib ki, ölkədə koronavirusa yoluxanların sayı 2433 nəfərə bərabərdir.

Xəbər 171 dəfə oxundu.