Qərbdə korona virusuyla əlaqədar 26 marta olan məlumat

Dünyada yeni növ koronavirus qurbanlarının sayı təxminən 21 minə çatıb.
Dünyada yeni növ koronavirus qurbanlarının sayı təxminən 21 minə çatıb.
İtaliyada yeni növ koronavirusdan ölənlərin sayı son 24 saatda 683 nəfər artaraq 7 min 550-ə çatıb.

Ölkədə indiyədək koronavirusa yoluxanların sayı 74 min 386 nəfərə yüksəlib.
Yerli media orqanlarının yaydığı məlumata görə, ölkədə 31 həkim də yeni növ koronavirusdan həlak olub.
Baş nazir Cüzeppe Conte yeni növ koronavirusla bağlı deyib: "Evlərimizə girən bir düşmənlə mübarizə aparırıq" .
İspaniyada isə Covid-19 nəticəsində həlak olanların sayı 3 min 434 nəfərə çatıb. Ölkədə virusa yoluxanların sayı da 47 mini keçib. İspaniya bu çərçivədə NATO-ya tabe olan Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika əlaqələndirmə Mərkəzindən tibbi yardım tələb edib.

Fransada sutka ərzində yeni növ koronavirusdan ölənlərin sayı 231 nəfər artaraq 1331 nəfərə yüksəlib.

Hollandiyada yeni növ koronavirus epidemiyasından ölənlərin sayı 24 saat ərzində 80 nəfər artaraq 356-a, yoluxanların ümumi sayı isə 7 minə çatıb.
İngiltərədə yeni növ koronavirus səbəbindən həlak olanların sayı 43 nəfər artaraq 465-ə yüksəlib. Ölkədə virusa yoluxanların ümumi sayı 9 minə çatıb.
Macarıstanda isə virus səbəbindən həlak olanların sayı 10 nəfərə çatıb.
Həlak olanlar arasında bir İngiltərə vətəndaşının da olduğu bildirilir.
Amerika Birləşmiş Ştatlarında da epidemiya qurbanlarının sayı 802 nəfərə, yoluxanların sayı isə 55 min 238 nəfərə çatıb.
Kanadada yeni növ koronavirus epidemiyası səbəbindən ölənlərin sayı 33-ə, yoluxanların sayı isə 3 min 292 nəfərə çatıb.

Xəbər 99 dəfə oxundu.