Nigar Camal: “Prezident seçkilərində iştirak etməkdən qürur hissi keçirirəm”
“Prezident seçkilərində iştirak etməkdən qürur hissi keçirirəm”. Bu sözləri “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal deyib. Londonda birinci dəfədir səsvermədə iştirak etdiyini bildirən müğənni, xaricdə yaşayan həmvətənlərimizin seçkilərdə iştirak etmələrinə şərait yaradılmasından məmnun olduğunu qeyd edib. O, ölkəmizin son illərdə əldə etdiyi uğurlarının bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib. Seçki məntəqəsindəki şərait haqqında fikirlərini bildirən N.Camal Londonda seçkinin ədalətli və şəffaf keçdiyini, vətəndaşlarımızın arzuladığı namizədə rahatlıqla səs verdiyini vurğulayıb.

Xəbər 433 dəfə oxundu.