Bakıda Ramazan bayramı yarmarkalarına hazırlıq işləri başlayıb
Bakıda keçiriləcək bayram yarmarkaları ilə bağlı hazırlıqlar başlayıb.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-dən bildiriblər.
Qeyd olunub ki, Ramazan yarmarkaları 23-24 may tarixlərində baş tutacaq:
"Fermerlərin və yarmarka ziyarətçilərinin təhlükəsizliyinə xüsusi diqqət yetiririk. Belə ki, 23-24 may tarixlərində baş tutacaq "Kənddən Şəhərə" Ramazan yarmarkalarının keçiriləcəyi məkanlarda təmizlik dezinfeksiya işləri aparılıb, xüsusi vasitələrlə təchiz olunub".

Xəbər 187 dəfə oxundu.