Əlyazmalar İnstitutunda Əbdürrəhim bəy Haqverdiyevin ədəbi irsi araşdırılır
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında qorunan 32 şəxsi arxivdən biri görkəmli yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas və teatr xadimi, “Molla Nəsrəddin” jurnalının baş redaktorlarından biri Əbdürrəhim bəy Haqverdiyevə məxsusdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, fondda mühafizə olunan müxtəlif məzmunlu materiallar içərisində ədibə gələn məktublar da diqqəti cəlb edir. Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva “Çakərdən məktub” başlıqlı materialı transliterasiya edib.

Xəbər 187 dəfə oxundu.