“Barselona“ Ter Ştegenlə razılığa gəldi

“Barselona” qapıçısı Andre ter Ştegenlə danışıqları yekunlaşdırmaq üzrədir.
Qol.az "Sport.es"ə istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

Kataloniya təmsilçisinin almaniyalı qolkiperə beş illik müqavilə təklif etdiyi bildirilir. Daha əvvəl "Barselona”da illik 10 milyon avro qazanan Ter Ştegen maaşının 18 milyona qaldırılmasını tələb etmişdi. Artıq klubla qapıçının bu məsələdə də ortaq məxrəcə gəldiyi bildirilib.
Qeyd edəkki, Ter Ştegenin “Barselona” ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Xəbər 234 dəfə oxundu.