Hindistan və Çin sərhəd bölgələrində gərginlik artıb

Əsgərlər Ladaksın şərqi və Sikkim əyalətində iki ölkəni qarşı-qarşıya qoyandan sonra diqqət bölgəyə yönəlib Hindistan və Çin qoşunlarının sərhəd bölgələrinə əlavə təhlükəsizlik qüvvələri yerləşdirməsi və mayın əvvəlindən sərhədin müxtəlif hissələrində baş verən qarşıdurmalar bölgədə gərginliyi artırıb.
Əsgərlər Ladaksın şərqi və Sikkim əyalətində iki ölkəni qarşı-qarşıya qoyandan sonra diqqət bölgəyə yönəlib. Son bir neçə həftədir hərbçilər arasındakı qarşıdurma və xəsarətlər səbəbindən hər iki ölkə sərhəddə müdafiə istehkamlarını gücləndirməyə davam edir.
Hindistan və Çin Demçok, Çumar, Daulat Beq Oldie, Qalvan vadisi və Ladaxdakı Panqonq Tso gölü ətrafına əlavə təhlükəsizlik qüvvələri yerləşdiriblər.
Çin qoşunları Qalvan vadisində Panqonq Tso gölündə patrul qayıqlarının sayını artırıb, 100-ə yaxın çadır qurub.
Qeyd edək ki, iki ölkə arasında 3488 kilometrlik sərhəd xəttilə bağlı fikir ayrılıqları mövcuddur. Sərhəd problemini həll etmək üçün 1993-cü ildə Hind - Çin sərhəd bölgələrində “Həqiqi idarəetmə xətti boyu sülh və dincliyin müdafiəsi haqqında” saziş qəbul edilsə də, o vaxtdan sərhəd mübahisəsi səngimək bilmir.

Xəbər 210 dəfə oxundu.