Britaniya və İran diplomatik münasibətləri bərpa edir
Böyük Britaniya və İran rəsmiləri diplomatik münasibətləri bərpa etmək üçün danışıqları davam etdirmək məsələsində razılığa gəliblər.
İranın rəsmi mətbuatının məlumatına görə, bu barədə razılıq İranın atom enerjisi proqramına dair məsələləri müzakirə etmək məqsədilə İranla “5+1” qrupunun Cenevrədə keçirilən növbəti görüş çərçivəsində iki ölkənin diplomatları arasında əldə edilib. Məlumatda bildirilir ki, növbəti iki həftədə tərəflər diplomatik münasibətlərin bərpası ilə bağlı təkliflər paketini bir-birilərinə təqdim edəcəklər. Xatırladaq ki, 2011-ci ilin oktyabrında Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücum iki ölkə arasında diplomatik münasibətlərin pozulmasına səbəb olmuşdu.

Xəbər 435 dəfə oxundu.