Senator Azərbaycanın Müstəqillik Günü münasibətilə proklamasiya dərc edib
ABŞ Azərbaycanlıları Şəbəkəsinin hər il keçirdiyi kampaniya nəticəsində Texas ştatı Senatının üzvü Con Uitmayer Azərbaycanın Müstəqillik Günü münasibətilə proklamasiya dərc edib. ABŞ Azərbaycanlıları Şəbəkəsinə və bütün dünya azərbaycanlılarına ünvanlanmış proklomasiyada 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin elan edilməsi və bunun Birləşmiş Ştatlar tərəfindən tanınması faktı, dövlətlər arasında müttəfiqlik, habelə təhlükəsizliyin, sülhün və inkişafın qorunub saxlanılmasına Azərbaycanın töhfəsi qeyd edilir.
Senator Uitmayer həmin proklamasiya ilə azərbaycanlıları təbrik edib və “Qafqaz regionunda azadlığın və demokratiyanın yayılmasına görə” onlara minnətdarlığını bildirib.
Senator Con Uitmayer Texas ştatının 15-ci seçki dairəsini təmsil edir. Hyuston şəhərinin xeyli hissəsi bu seçki dairəsinə daxildir.

Xəbər 320 dəfə oxundu.