Bolqarıstan Avropa İttifaqından maliyyə vəsaiti istəyib
Bolqarıstan hökuməti ölkəyə gəlmiş 4 mindən artıq Suriya qaçqınına yardım etmək üçün Avropa İttifaqından (Aİ) 6 milyon dollar maliyyə vəsaiti almaq niyyətindədir.
Bolqarıstanın “Novinite” xəbər agentliyinin məlumatına əsasən, bu ölkənin daxili işlər naziri Tsvetlin Yovçev Aİ-nı qaçqınlarla yaradılm etməyə çağırıb. Nazir bildiribr ki, Bolqarıstan ərazisində bu ilin axırına kimi 11 min qaçqının məskunlaşması gözlənilir. Qaçqınların çoxu Suriyadan gələnlərdir. Bolqarıstan ümumi daxili məhsulun həcminə görə Avropa İttifaqının ən kasıb ölkəsidir.

Xəbər 396 dəfə oxundu.