Bernard Ristord: “Azərbaycan ildən-ilə sürətlə inkişaf edir”
“Bakı Beynəlxalq Humanitar Forumunda iştirakım həm də Azərbaycanı yaxından tanımağıma gözəl imkan yaradıb”
“Bakı Beynəlxalq Humanitar Forumunda iştirakım həm də Azərbaycanı yaxından tanımağıma gözəl imkan yaradıb”. Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Fransanın Yon şəhərinin Ali Şurasının kabinetinin sədri Bernard Ristord deyib. Azərbaycanda artıq dördüncü dəfə olmasından məmnunluğunu ifadə edən B.Ristord, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Azərbaycanın ildən-ilə sürətlə inkişaf etdiyini qeyd edən qonaq Forumun müxtəlif ölkələrdən olan insanların bir araya gəlməsi baxımından əhəmiyyətini də qeyd edib. Qonaq vurğulayıb ki, bu Forum millətlərin və dövlətlərin yaxınlaşması və mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində atılmış ən əhəmiyyətli addımlardan və təşkil edilmiş ən vacib tədbirlərdən biridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan B.Ristord bildirib ki, bu problemin tez bir zamanda həlli, Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistan qoşunlarının çıxarılması regionda sülhün və sabitliyin bərpa edilməsi istiqamətində atılan ən mühüm addım olardı.

Xəbər 564 dəfə oxundu.