Yunanıstanın Avropa İttifaqına sədrliyi müsbət nəticələrlə başlaya bilər
Yunanıstanın Baş naziri Antonis Samaras Avropa Parlamentinin sədri Martin Şultsla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsinin 2014-cü il yanvarın 1-dən Avropa İttifaqına (Aİ) sədrliyi müsbət nəticələrlə başlaya bilər. Baş nazir vurğulayıb ki, Yunanıstan iqtisadi böhrandan çıxmağa başlayıb və 2013-cü ili büdcə artığı ilə bağlayacaq. A.Samaras ölkəsinin Aİ-yə sədrliyi zamanı gənclər arasında işsizliyin azaldılmasının və miqrasiya siyasətinin yaxşılaşdırılmasının əsas prioritetlər olacağını deyib. Avropa Parlamentinin sədri Yunanıstanın üzləşdiyi problemlərə rəğmən Aİ-yə sədrlik etmək qərarını alqışlaıb. M.Şults bildirib ki, Yunanıstan üçün belə bir fürsətin yaradılması Avropada bütün tərəfdaşların eyni hüquqlara malik olmasının göstəricisidir.


Xəbər 410 dəfə oxundu.