Azərbaycan ilə Kanada əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Noyabrın 28-də Kanada Parlamentində Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun illik görüşü keçirilib. Görüşdə, Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev iştirak edib.
Səfirlikdən bildiriblər ki, görüşdə Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin hazırkı durumu, inkişaf perspektivləri müzakirə olunub.
Səfir F.Şəfiyev ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, parlamentlərarası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin inkişafında önəmli rol oynadığını qeyd edib. Bu baxımdan iki ölkənin millət vəkillərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Dostluq qrupunun sədri Barri Devolin Kanadanın Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb, bu ilin aprelində kanadalı millət vəkillərindən ibarət nümayəndə heyətinin ölkəmizə uğurlu səfərini xatırlayıb və səfərlə bağlı xoş təəssüratlarını bölüşüb.
Müzakirələr zamanı Ermənistan-Azərbaycan münaqişəsi, regionda geosiyasi vəziyyət, Azərbaycanın digər ölkələrlə əlaqələri və qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərə toxunulub.

Xəbər 504 dəfə oxundu.