Saatlı sakinləri pulsuz müayinə olunublar
Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə Saatlı rayonunda pulsuz müayinə aksiyası keçirilib.
ATU-nun mətbuat xidmətindən bildiriblər ki, müayinə aksiyası Saatlıya ezam olunmuş həkim briqadası tərəfindən aparılıb.
Tibb işçiləri iki gün ərzində Varxankənddə əhalini pulsuz müayinə ediblər. Eyni zamanda, rayonun başqa kəndlərinin sakinləri də müayinə olunubar.
Sağlamlıqlarında problem olanlar müalicə üçün Bakıya göndərilmişlər. Aksiyada iştirak edən sakinlər təmənnasız müayinəyə görə həkimlərə minnətdarlıqlarını bildiriblər.

Xəbər 435 dəfə oxundu.