Sosial müdafiəsi zəif olan insanlara hüquqi xidmət
“İdeal Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT–lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Hacıqabul rayonunda “Sosial müdafiəsi zəif olan insanlara hüquqi xidmətin və maarifləndirmənin təşkili” layihəsini həyata keçirib.
Şuradan bildirilib ki, layihə çərçivəsində sosial təminatı zəif olan şəxslərə “Qanunun aliliyi və ictimai maarifləndirmə” mövzusunda təlim-seminarlar keçirilib, gənclərin sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər və qəbul olunmuş qanunlar haqqında məlumat verilib. Layihənin həyata keçirilməsində məqsəd regionlarda gənclərin dövlət idarəçiliyində iştirakı, xüsusilə dövlət proqramlarının icrası haqqında məlumatlılığı artırmaq olub.
Layihə çərçivəsində yeni qəbul olunmuş qanunların cəmiyyətdə təbliği, sosial problemlərin həlli üçün əhalinin həmin qanunlara əsaslanmasına sövq edilməsi istiqamətində maarifləndirici seminarlar təşkil edilib, hökumət ilə sosial təminatı zəif olan region gəncləri arasında virtual əlaqənin formalaşdırılmasına şərait yaradılıb.

Xəbər 355 dəfə oxundu.