Saakaşvili Ukrayna rəhbərliyinin qərarından pəjmürdə olub
Gürcüstananın eks-prezidenti Saakaşvili Ukrayna rəhbərliyinin qərarından təəssüfləndiyini və yenidən bu ölkəyə səfər edə biləcəyinə əmin olduğunu bildirib: “Təəssüf ki, yaxın həftələrdə mənim ikinci vətən olan Ukraynaya səfər etmək imkanım olmayacaq. Amma mənim ürəyim, bütün qəlbim müstəqillikləri üçün mübarizə aparan ukraynalı bacı və qardaşlarımın yanındadır”.
Bunları özünün şəxsi “Facebook” səhifəsində bölüşən keçmiş prezident daha sonra qeyd edib: “Mən əminəm ki, demokratiyanın qələbə çalacağı gözəl və müstəqil Kiyev şəhərinə yenidən qayıdacağam”.
Qeyd edək ki, Ukrayna KİV-inin məlumatına görə, Xarici İşlər Nazirliyi və deputat sorğularına əsasən, Saakaşvili ilə yanaşı, daha 36 nəfərin Ukraynaya girişi yasaqlanıb. Ukraynalı deputat Oleq Tsarevin təbirincə bunlar, əsasən, “ABŞ və AB ölkələrindən olan və ölkəni qarışdırmaq üçün gələn şübhəli şəxslərdir”.
Ağasəf

Xəbər 480 dəfə oxundu.