Türkiyədə yeni həbslərə sanksiya verən prokuror istintaqdan kənarlaşdırılıb
Türkiyədə rüşvət, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə yeni həbslərə sanksiya verən prokuror cinayət işinin istintaqından kənarlaşdırılıb.
Cinayət işinin dosyesi dekabrın 25-də aralarında hökumətə yaxın tanınmış şəxslərin, dövlət məmurlarının, iş adamlarının olduğu 30 nəfərin həbsinə və axtarışlara sanksiya verən prokuror Müəmmər Akkaşdan alınıb. İstintaqı bundan sonra İstanbul baş prokurorunun müavini Oktay Ərdoğan aparacaq. Qeyd edək ki, M. Akkaşın imzaladığı sanksiya polis tərəfindən icra olunmayıb. Həbs olunması tələb edilən 30 nəfərin arasında baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanın da olduğu iddia edilir.

Xəbər 404 dəfə oxundu.